DİGƏR ÖZ XƏBƏR

Yuxu apnesi ilə beyindəki dəyişikliklər arasında əlaqə tapılıb.

Mayami Universitetinin alimləri yuxu apnesi olan insanların beynin yaddaş və düşünməyə cavabdeh olan sahəsinin genişlənmiş hipokampusuna malik ola biləcəyini müəyyən ediblər.

32gun.az xəbər verir ki, tədqiqatın nəticələri Neurology elmi jurnalında dərc olunub. 

Tədqiqatda təxminən 68 yaşlı 2667 latıniyalı iştirak edib. Könüllülərdən yuxu keyfiyyətini qiymətləndirmək üçün testlərdən keçmələri istəndi. Onlarda apne (yuxu zamanı nəfəsin dayanması) və hipopne (daaz nəfəs və ya onun tezliyində anormal azalma) tezliyi ilə bağlı suallar var idi. İştirakçılar yuxu problemlərinin şiddətinə görə üç qrupa bölünüblər: problem yoxdur, yüngül problemlər və əhəmiyyətli problemlər.

Tədqiqatın birinci mərhələsi başa çatdıqdan 10 il sonra iştirakçılar hipokampusun həcmini ölçən və beynin ağ maddəsinin zədələnməsini aşkar edən beyin skanlarından keçiblər. Nəticələr göstərdi ki, ən çox yuxu problemi olan insanların hipokampal həcmi yuxu problemi olmayanlardan 0,24 kub santimetr böyükdür. Həmçinin məlum olub ki, hər əlavə yuxu pozulması ilə bu sahə 0,006 kubsantimetr artıb.

Alimlər qeyd ediblər ki, həm beyin kiçilməsi, həm də böyümə yaddaşa və təfəkkürə mənfi təsir göstərərək, beyinin normal fəaliyyətini pozur və idrak qabiliyyətinin azalması və demans riskini artırır.

Tədqiqatçılar həmçinin yuxu zamanı oksigen səviyyəsinin azalmasının ağ maddənin zədələnməsinin artması ilə əlaqəli olduğunu aşkar ediblər. Bu dəyişiklik beyin sağlamlığının yaşa bağlı azalmasının ümumi əlamətidir.

Ayxan 

Oxşar Xəbərlər