HADİSƏ ÖZ XƏBƏR

TƏCİLİ❗SƏHƏR SAATLARINDA BÜTÜN AZƏRBAYCANI SARSAN HADİSƏ İLƏ BAĞLI YENİ XƏBƏR‼️ - sağ qalanların sayı 32 nəfərə çatıb/ VİDEO (YENİLƏNİB)

Qazaxıstanda qəzaya uğrayan təyyarədə sağ qalanların sayı 32 nəfərə çatıb. Təyyarədə ümumilikdə 69 nəfər olub.

Rusiyanın Uralskdakı Baş Konsulluğu təyyarə qəzasından sonra böhran qərargahı yaradıb.

Ayxan 

***12:42

Aktauda qəzaya uğrayan təyyarədə 28 nəfər sağ qalıb.

32gun.az bildirir ki, Qazaxıstan Səhiyyə Nazirliyinin məlumat verib. 

Daha əvvəl məlum olub ki, Aktauda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalan 27 nəfər, o cümlədən üç uşaq xəstəxanaya çatdırılıb.

Qeyd edildiyi kimi, hadisə yerinə ümumilikdə 22 təcili tibbi yardım briqadası və təcili tibbi yardım mərkəzinin altı komandası gəlib.

Ayxan

***

Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə 12 nəfər sağ qalıb.

"32gun.az" xarici KİV-ə  istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Qazaxıstanının səhiyyə naziri Əkmaral Əlnəzərova deyib:

"Təyyarə qəzası yerindən müxtəlif dərəcəli bədən xəsarətləri alan 12 nəfər (onlardan biri uşaqdır) Aktaudakı Mangistau Regional Xəstəxanasına çatdırılıb. Vəziyyətlərinin ağır olduğu bildirilir. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Hadisə yerində 14 təcili yardım briqadası var". 

***

Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

AZAL-dan "32gun.az"a bildirilib ki, ilkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

***

11:05

Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Aktauda qəza enişi edərək yerə çırpılıb. 

"32gun.az" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. 

Bildirilib ki, təyyarədə 67 nəfər olub. 

 

.

.

.

.

.

.

.

 

.

.

.

.

Oxşar Xəbərlər