HADİSƏ ÖZ XƏBƏR

SON DƏQİQƏ❗ Təyyarənin qəzaya uğraması ilə bağlı YENİ XƏBƏR - Silindr partlayıbmış

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer” markalı təyyarənin göyərtəsində qaz balonu partlayıb.

32gun.az bildirir ki, bu barədə Manqistau vilayətinin Səhiyyə Departamenti məlumat yayıb, məlumatı Kazinform agentliyi yayıb. 

“Dekabrın 25-də saat 10:58-də birinci dərəcəli təcili çağırış (təyyarənin göyərtəsində silindr partladı) daxil olub”, - nəşrdə bildirilib. 

Çağırışdan sonra 22 təcili tibbi yardım briqadası və Mərkəzi Tibb Mərkəzinin (təbii fəlakətlər təbabəti mərkəzi) altı briqadası qəza yerinə göndərilib.

Dekabrın 25-də səhər saatlarında Azərbaycanın paytaxtı Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanında qəzaya uğrayıb. Qəzadan əvvəl təyyarənin ekipajı təcili eniş tələb edib. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəza yerində yanğın baş verib. Oraya 52 şəxsi heyət və 11 bölmə texnikası göndərilib.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 5 ekipaj üzvü olmaqla 69 nəfər olub. Sputnik Qazaxıstan xəbər verir ki , ilkin məlumata görə, təyyarə quşlarla toqquşması nəticəsində qəzaya düşüb.

Ayxan 

edir:

-

.

.

 

.

 .

.

 

Oxşar Xəbərlər