SON DƏQİQƏ! Operativ Qərargah 2 vacib xəbəri əhaliyə çatdırdı
Azərbaycanda bu gün koronavirus infeksiyasına 1979 yeni yoluxma faktı qeydə alınıb, 7198 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
32gun.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 27 nəfər COVID-19-dan dünyasını dəyişib.
Operativ Qərargahın yaydığı digər məlumata görə, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 141 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 502, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 770, 3 dəfə və daha çox vaksinasiya olunanların sayı 29 929 olub. Pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 1 940 olub.
Vurulan vaksinlərin ümumi sayı 12 864 217, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 290 799, ikinci mərhələ üzrə 4 778 777 nəfər təşkil edir. Ümumilikdə 2 596 563 “buster” doza vurulub. Pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə dəyişməyib – 198 078.