Ölüm xəbəri yayılan Azər Baxşəliyevlə bağlı YENİ MƏLUMAT
Həkimlər ağır vəzyyətdə olan aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, o, süni tənəffüs aparatına qoşulub.
32gun.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova bildirib.
O, qeyd edib ki, həkimlərin səyi nəticəsində aktyorun ürək fəaliyyəti bərpa edilib. Xəstə süni tənəffüs aparatına qoşulub. A.Baxşəliyevin vəziyyəti həddən artıq ağır kritikdir.
Hazırda onun müalicəsi ATU Tedris Cerrahiyye Klinikasinda davam etdirilir.
Xatırladaq ki, bir müddət əvvəl aktyorun ölüm xəbəri yayılıb.
***15:37
Aktyor Azər Baxşəliyev vəfat edib.
32gun.az "Unikal"a istinadən xəbər verir ki, aktyor uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi.
.O, uzun müddətdir böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.
A.Baxşəliyev daha çox "Ağsaqqal" obrazı ilə sevilib.