İDMAN ÖZ XƏBƏR

Xokkeyçi matç zamanı telefonunu yerə atıb

“Ak Bars Kazan” klubunun hücumçusu Nikita Dynyak Kontinental Xokkey Liqasının (KHL) “Avanqard Omsk” komandasına qarşı adi mövsüm oyunu zamanı telefonunu buzun üstünə atıb.

32gun.az bildirir ki, hakimlər Kazan klubunun hücumlarından birində futbolçunun formasının altından düşən smartfonu götürərək oyunu dayandırıblar. Bu zaman ehtiyat oyunçular skamyasına qayıdan forvard telefonu hakimin əlindən alıb, sonra telefonu kənara qoyub və onsuz matçı davam etdirib.

“Ak Bars” – “Avanqard” oyunu 3:1 hesabı ilə sibirlilərin qələbəsi ilə başa çatıb. Bu oyundan sonra Omsk 43 xal toplayaraq KHL Şərq Konfransının turnir cədvəlində altıncı yerə yüksəlib. 52 xalla Kazan üçüncü pillədə qalmağa davam edir.

2024-cü ilin fevralında Beynəlxalq Buzlu Xokkey Federasiyası (IIHF) Rusiya və Belarus milli komandalarının fəaliyyətini dayandırıb . Təşkilat bildirib ki, IIHF Şurası vəziyyətə nəzarəti davam etdirəcək və 2025-ci ilin mayında Rusiya və Belarus yığmalarının 2025/26 mövsümü üçün reinteqrasiyası məsələsinə baxacaq.

Ayxan 

 

 

Oxşar Xəbərlər