KRİMİNAL

Sumqayıtda yanaraq ölən şəxsin kimliyi məlum oldu - YENİLƏNİB

Sumqayıtda səhər saatlarında müəmmalı şəkildə avtomobildə yanaraq ölən şəxsin kimliyi məlum olub.

"32gun.az"  apa-ya istinadən xəbər verir ki, ”Kia” markalı avtomobildə ölən şəxs 1986-cı il təvəllüdlü Fikrət Fikrət oğlu Həsənlidir.

Məlumat üçün qeyd edək ki, bu gün səhər saatlarında Sumqayıt şəhər Kimyaçılar qəsəbəsində “Kia” markalı 50-CT-685 dövlət qeydiyyat nişanlı avtomobil və onun içərisində olan 1 nəfər yanaraq külə dönüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

XXX

10:10

Sumqayıt şəhərində "Kia" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən "32gun.az"a verilən xəbərə görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

*** 08:50

Sumqayıtda avtomobildə naməlum şəxsin yanmış meyiti tapılıb. 

"32gun.az" xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində qeydə alınıb.

"KIA" markalı maşında yanaraq ölən şəxsin kimliyi dəqiqləşdirilir.  

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər