KRİMİNAL

Abşeronda 38 yaşlı qadını dayısı öldürdü - YENİLƏNİB

Yanvarın 30-u saat 13 radələrində Abşeron rayonu ərazisində 1987-ci il təvəllüdlü Türkan Abdurəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan "32gun.az"a bildirilib ki, araşdırma zamanı 1967-ci il təvəllüdlü Şakir Rzayevin rayonun Masazır kəndi ərazisində bıçaqla xəsarətlər yetirərək qohumu Türkan Abdurəhimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şakir Rzayev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir

***

16:37

Abşeron rayonunda qətl hadisəsi baş verib.

"32gun.az"  xəbər verir ki, rayon ərazisində 1987-ci il təvəllüdlü Türkan Abdurəhimova kəsici alətlə qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, dayısı 1967-ci il təvəllüdlü Şakir Rzayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Oxşar Xəbərlər