SON DƏQİQƏ! Operativ Qərargah vacib iki məlumatı əhaliyə çatdırdı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 210 yeni yoluxma faktı qeydə alınıb, 3 851 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.
Operativ Qərargahın yaydığı digər məlumata görə, Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 29 833 vaksin vurulub.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 042, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 525, üç və daha çox doza vaksin vurduranların sayı 24 771, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 492 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 12 926 638, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 295 050, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 781 811, üç və daha çox doza vaksin vurduranların sayı 2 648 544, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 201 233 təşkil edir.