Rusiya millisi 2026-cı il Olimpiadasına buraxılmayacaq – IIHF jurnalisti
Rusiya millisinin 2026-cı il Olimpiya Oyunlarının iştirakçıları siyahısına daxil edilməyəcəyi təsdiqlənib.
32gun.ax bildirir ki, bu Beynəlxalq Xokkey Federasiyasının (IIHF) rəsmi saytında jurnalist Endryu Podnieksin yazdığı məqalədə qeyd edilib.
“Ən çox diqqət çəkən məqam odur ki, 2014-cü ildə Soçidə çıxış edən dörd komanda – Avstriya, Norveç, Rusiya və Sloveniya – Milandakı turnirdə olmayacaq”, – deyə Podnieks bildirib.
IIHF 4 fevralda Rusiya millisinin beynəlxalq yarışlardan uzaqlaşdırılmasının uzadılması barədə qərar qəbul edib. Buna görə Rusiya yığması 2025 və 2026-cı illərdə dünya çempionatlarında, eləcə də 2026-cı ilin gənclər çempionatında iştirak etməyəcək.
Böyüklər arasında 2026-cı il dünya çempionatı İsveçrədə – Sürix və Friburqda keçiriləcək.
Qeyd edək ki, IIHF 2022-ci ilin yazında Rusiyanı beynəlxalq turnirlərdən, hətta neytral statusda da uzaqlaşdırmaq qərarına gəlmişdi. 2023-cü ilin martında isə bu qadağa 2023/24 mövsümünü də əhatə edəcək şəkildə uzadılmışdı.
Ayxan