HADİSƏ

Goranboyda qayınata gəlinə qumbara ATDI / DƏHŞƏTLİ GÖRÜNTÜLƏR (YENİLƏNİB)

Xəbər verdiyimiz kimi Goranboyun Qarasüleymanlı kəndində qayınata gəlininə qumbara atıb.

Ajans.az-ın əldə etdiyi məlumata görə Qarasüleymanlı kənd sakini 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlunun övladının sağlamlığında ciddi problemlər var. Gəlini 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı ilə bir neçə dəfə münaqişə yaşanıb və gəlini evi tərk edərək Bakıda verilişlərin birində çıxış edərək problemlərindən danışıb. Yenidən barışan ailədə bu dəfəki münaqişə faciə ilə nəticələnib. Qayınata gəlininə qumbara ataraq onu öldürmək istəyib. Gəlinin vəziyyəti ağırdır. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır. Hadisə yerindən özəl görüntüləri təqdim edirik.
Zakir Namazov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

 

 

***

Goranboyda qumbara partlayıb.

32gun.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

Qarasüleymanlı kəndində yaşayan 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlu gəlini 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı ilə ailə münaqişəsi zəminində mübahisə edib və ona doğru əl qumbarası atıb.

Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirib, vəziyyəti qənaətbəxşdir.

Zakir Namazov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar Xəbərlər