DİGƏR ÖZ XƏBƏR

Dörd növ yağsız ət kişilərin ürəyini və qan damarlarını gücləndirəcək

Mütəxəssis: Kişilər ürək-damar xəstəliklərinin qarşısını almaq üçün düzgün qidalanmalıdır

Texnoloq-qidalanma mütəxəssisi Mariyetta Aslanova

Kişilərin sağlam qidalanmaya laqeyd yanaşmasının ürək-damar xəstəlikləri riskini artırır.

32gun.az bildirir ki, bunu V.M. Qorbatov adına Qida Sistemləri Federal Elmi Mərkəzinin aparıcı elmi işçisi, rusiayalı texnoloq-qidalanma mütəxəssisi Mariyetta Aslanova deyib. 

Onun sözlərinə görə, infarkt, insult və hipertoniya kimi xəstəliklərin qarşısını almaq üçün rasion balanslı olmalıdır.

Mütəxəssis azyağlı mal əti, cüyür, toyuq və dovşan ətinin, eləcə də tərəvəz, meyvə və süd məhsullarının istehlakını tövsiyə edib. Ürək üçün vacib qidalar arasında balıq yağı da var, çünki o, damarları xolesterin yığılmasından qoruyur.

Aslanova antioksidantlarla zəngin qidaların – giləmeyvə, brokkoli, brüssel kələmi, qara üzüm və yaşıl çayın ürək sağlamlığı üçün vacib olduğunu vurğulayıb. O, həmçinin magnezium və kalsiumla zəngin avokado, tünd şokolad, paxlalılar və pendirlərin faydalı olduğunu bildirib.

Mütəxəssis duzlu qidaların istehlakının azaldılmasını tövsiyə edib.

Nilay

Oxşar Xəbərlər