KRİMİNAL

Onuncu sinif şagirdini bıçaqlayan şəxs saxlanıldı

Mingəçevirdə yeniyetmənin bıçaqlanmasında şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidməti Şəki Regional Qrupundan "32gun.az"a verilən məlumata görə, 4 saylı Mingəçevir Şəhər Orta Məktəbinin 10-cu sinif şagirdi Pünar Nəsrullayevi bıçaqlamaqda şübhəli bilinən 22 yaşlı şəxs Mingəçevir  Şəhər Polis Şöbəsi  əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Həmin şəxs  2003-cü il təvəllüdlü Nihat Həsənzadədir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər