DİGƏR ÖZ XƏBƏR

Alimlər neytron ulduzlarının doğularkən kütləsini müəyyən ediblər

Çin və Avstraliyadan olan beynəlxalq alimlər qrupu ilk dəfə olaraq neytron ulduzlarının yaranma anındakı kütləsini müəyyən edib. Bu kəşf neytron ulduzlarının formalaşma tarixini daha yaxşı anlamağa və qravitasiya dalğaları vasitəsilə qeydə alınan neytron ulduzlarının birləşmələrini izah etməyə kömək edəcək.

32gun.az bildirir ki, qraşdırma Nature Astronomy (NatAstro) jurnalında dərc edilib.

Neytron ulduzları – kütləvi ulduzların supernova partlayışı ilə həyatlarını başa vurduqdan sonra qalan çox sıx qalıqlardır. Onların kütləsi adətən Günəşin 1-2 misli qədər olur, lakin diametri cəmi 10 kilometrə qədər sıxılmış formada qalır.

İndiyə qədər neytron ulduzlarının kütləsi yalnız ikili sistemlərdə, məsələn, ağ cırtdan və ya başqa neytron ulduzu ilə qarşılıqlı təsirdə olduğu zaman ölçülə bilirdi. Lakin belə sistemlərdə neytron ulduzu çox vaxt əlavə kütlə toplayır ki, bu da onun ilkin kütləsinin dəqiq müəyyənləşdirilməsini çətinləşdirir.

Tədqiqatçılar ikili sistemlərdəki 90 neytron ulduzunun məlumatlarını təhlil edərək onların doğulduqları andakı kütləsini təxmin etmək üçün ehtimallar metodundan istifadə ediblər. Nəticədə müəyyən edilib ki, neytron ulduzları adətən 1,3 Günəş kütləsi ilə doğulur və daha ağır neytron ulduzlarına daha az rast gəlinir.

“Metodumuz ilk dəfə olaraq neytron ulduzlarının doğulduğu andakı kütləsini anlamağa imkan verir ki, bu da astrofizikada uzun müddətdir cavabsız qalan suallardan biridir,” — deyə Pekin Pedaqoji Universitetinin professoru Sinçzyan Çju bildirib.

Nilay 

Oxşar Xəbərlər