SİYASƏT
Mehriban Əliyeva Ağdərədən İlaxır çərşənbəsi ilə bağlı paylaşım etdi
Birinci vitse-prezident Mehriban Əliyeva İnstaqram hesabında Ağdərə rayonu, Həsənriz kəndindən paylaşım edib.
"32gun.az" xəbər verir ki, paylaşımda deyilir:
“Ağdərə rayonu, Həsənriz kəndi. 18.03.2025. Uca Allah hər kəsə möhkəm cansağlığı, bol sevinc, sevgi və səadət, hər evə xoş ovqat, hər ocağa ruzi-bərəkət bəxş etsin! İlaxır çərşənbəniz mübarək!”