Ağstafa şəhərindəki Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisə ciddi narahatlıq yaradıb. 8-ci sinif şagirdi ilə 9-cu sinif şagirdi arasında tənəffüs zamanı yaranan münaqişə nəticəsində, 9-cu sinif şagirdi xəsarət alıb.
Qazax-Tovuz Regional Təhsil İdarəsi məsələ ilə bağlı 32gun.az-a açıqlama verərək, hadisənin dərhal hüquq-mühafizə orqanlarına bildirildiyini və araşdırıldığını qeyd edib.
Xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib və onun sağlamlıq durumu izlənir. Təhsil idarəsi, məktəbin rəhbərliyi və hüquq-mühafizə orqanlarının müvafiq tədbirlər gördüyünü bildirərək, ictimaiyyətdən mövcud araşdırma prosesinə müdaxilə etməmələrini və yalnız rəsmi qurumların açıqlamalarına istinad etmələrini xahiş edib.
Hadisənin nəticələri hələlik araşdırılır və şagirdlərin psixoloji vəziyyəti də izlənilir.
Ağstafa şəhər 1 saylı tam orta məktəbin direktoru Ramiz Nəsirovdur.
Ayxan