DÜNYA ÖZ XƏBƏR

1 yaşlı körpə eyvandan yıxılaraq ölüb

Şanlıurfada balkondan yıxılan körpə həyatını itirib.

33gun az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şirinkuyu məhəlləsində  ailənin 1 yaşlı uşağı Hevin Zengin yaşayış binasının birinci mərtəbəsindəki eyvandan yıxılıb.

Xəbərdarlıqdan sonra hadisə yerinə 112 Təcili Tibbi Yardım briqadası göndərilib.

Səhiyyə əməkdaşları  tərəfindən Siverek Dövlət Xəstəxanasına qaldırılan Zengin qurtarıla bilməyib.

Ayxan 

Oxşar Xəbərlər