Rusiya: Ukrayna sivil şəhərlərə hücumlarla ABŞ-ın vasitəçiliyi ilə bərpa olunan danışıqları pozmağa çalışır
Rusiya Dövlət Dumasının sədri Vyacheslav Volodin Ukraynanın sivil şəhərlərə hücumlarını ABŞ-ın vasitəçiliyi ilə bərpa olunan danışıqları pozmaq cəhdi kimi qiymətləndirib.
32gun.ax Rusiya mediasına istinadən xəbər verir ki, o, Rusiya tərəfindən sərt və adekvat cavab veriləcəyini bildirib.
Xarici İşlər Nazirliyi isə Ukraynadakı terror hücumlarının Avropa siyasətçilərinin Kiyevə səfətləri ilə əlaqəsini vurğulayıb və bu səfətlərin konflikti qızışdırdığını qeyd edib. 20 maydan 23 may saat 8:00-dək Rusiyanın xüsusi hərbi əməliyyat zonası xaricində 788 sayda pilotsuz uçuş aparatı və qərb istehsalı raketləri ilə hücum qeydə alınıb. Rusiya hava hücumundan müdafiə sistemləri 776 hədəfi məhv edib.
Ayxan