14 ildir nəşi tapılmayan polkovnik-leytenanta ŞƏHİDLİK statusu verildi - Prezidentə müraciətdən sonra
14 ildir nəşi tapılmayan hərbi pilot polkovnik-leytenant Fəxrəddin Əsgərova Şəhidlik statusu verilməməsi, ailənin bununla bağlı ölkə başçısı İlham Əliyevə müraciət edəcəkləri barədə xəbər vermişdik.
32gun.az xəbər verir ki, 14 ildən sonra Polkovnik-leytenant Fəxrəddin Əsgərova Şəhidlik statusu verilib.
Yazıçı-jurnalist Səbinə Yusif məlumat verib.
"Cənab Ali Baş Komandanın ədalətli qərar verəcəyinə, vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısına inanırdıq. Dövlətimizin qanunlarına inanırdıq. Ədalət zəfər çaldı. Bu haqqın səsidir, Yer üzündə ucaldı. 14 ildir Şəhidlik statusu almayan Qəhrəman Eloğlumuz öz haqqına çatdı. Polkovnik-leytenant Fəxrəddin Əsgərova Şəhidlik statusu verildi. Bu yolda bizimlə birgə addımlayan, polkovnik-leytenant Fəxrəddin Əsgərovu unutmayan hər kəsə təşəkkür edirəm.
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə xüsusi olaraq təşəkkür edirəm. Bizim ədalətli Prezidentimiz, biz Sizə inanırdıq, biz Sizə güvənirdik. Sizə sonsuz təşəkkür edirəm. Hər zaman olduğu kimi, yenə də ədaləti bərpa etdiniz. Sizinlə fəxr edirik, Cənab Prezident.
Cənab Prezident İlham Əliyev, sizə öz adımdan, Qazaxlılar adından, Fəxrəddin Əsgərovun tələbələri adından, Şəhidimizin doğmaları, ailəsi adından təşəkkür edirəm".