HADİSƏ ÖZ XƏBƏR

"Kia Ceed" qəzaya uğrayıb – Avtomobil yararsız hala düşüb - FOTO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

32gun.az xəbər verir ki, "Kia Ceed" markalı minik avtomobili idarəetmədən çıxaraq qəzaya uğrayıb.

Zərbənin gücündən nəqliyyat vasitəsi ciddi deformasiyaya uğrayıb və yararsız hala düşüb.

Xoşbəxtlikdən, sürücü hadisə zamanı ciddi xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.

Ayaz 

Oxşar Xəbərlər