SOSIAL ÖZ XƏBƏR

Ağcabədi Rayon İcra Hakimiyyəti 61 min manatlıq tədbirlər kecirməyi planlaşdırır

Ağcabədi Rayon İcra Hakimiyyəti dövlət bayramları və əlamətdar günlərlə bağlı tədbirlərin təşkili məqsədilə "RR TRAVEL COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə  müqavilə bağlayıb.

32gun.az-ın məlumatına görə,  tərəflər arasında bağlanmış müqavilənin məbləği 60 829 manatdır.

Müqaviləyə əsasən, 2025-ci il ərzində aşağıdakı tədbirlərin keçirilməsi nəzərdə tutulur:
– 20 sentyabr Dövlət Suverenliyi Günü
– 27 sentyabr Anım Günü
– 8 noyabr Zəfər Bayramı
– 12 noyabr Konstitusiya Günü
– 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il
– Bayramlar üçün 500 ədəd qızıl gül və 5000 ədəd qərənfilin alınması

Tədbirlər çərçivəsində rayonun bəzədilməsi, konsertlərin və ziyafətlərin təşkili, plakat və banerlərin hazırlanması, eyni zamanda şəhid ailələri üçün ziyarət və nəqliyyatın təşkili nəzərdə tutulur.

Qeyd edək ki, "RR TRAVEL COMPANY" MMC-nin nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Günəş Şirvanskaya Yəhya qızıdır.

Xatırladaq ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynovdur. 

Ayaz 

Oxşar Xəbərlər