SOSIAL
Elçin Qasımov Slovakiyanın Azərbaycandakı yeni səfiri təyin olundu
Slovakiya Prezidenti Peter Pelleqrini Bratislavadakı Prezident Sarayında Avropa, Afrika və Asiya ölkələrindən olan səkkiz diplomatın etimadnaməsini qəbul edib.
32gun.az xəbər verir ki, təqdim olunan səfirlər arasında Slovakiyanın Azərbaycandakı yeni səfiri Elçin Qasımov da yer alıb. Məlumata görə, o, azərbaycanlı əsillidir və rəsmi olaraq diplomatik fəaliyyətinə başlayır.
Mərasim zamanı çıxış edən Slovakiya Prezidenti dünyada baş verən hadisələrin fonunda diplomatik xidmətin daha çevik və fəal şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb:
“Avropa bizim əsas yaşam məkanımızdır və atdığımız bütün addımlar Slovakiyanın demokratik dövlətlər birliyinə sadiqliyini aydın şəkildə əks etdirməlidir”, – deyə o bildirib.
Nilay