HADİSƏ
"LC Waikiki”nin anbarı yandı - Geyimlər məhv oldu
LC Waikiki” mağazalar şəbəkəsinin anbarında yanğın baş verib.
32gun.az xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb.
Bildirilib ki, hadisə mağazalar şəbəkəsinin Binəqədidə yerləşən anbarında iyulun 6-da gecə saat 02:00 radələrində baş verib. Yanğın nəticəsində xeyli miqdarda ziyan dəyib. Şirkətin xeyli sayda geyim əşyaları yanaraq məhv olub.
İlkin məlumata görə hadisə qısapanmadan baş verib.