DÜNYA

Rusiyanın dövlət televiziyasının canlı yayımında inanılmaz hadisə - VİDEO

Rusiyanın əsas təbliğat silahı olan "Pervıy" televiziya kanalının canlı yayımına əlində “Müharibəyə yox! Müharibəni dayandırın. Təbliğatlara inanmayın. Burada sizə yalan danışırlar!” yazılı plakatla bir qadın çıxıb.

32gun.az Rusiya KİV-nə istinadən xəbər verir ki, həmin qadın kanalın əməkdaşı, efir redaktoru Marina Ovsyannikovadır.

İkinci videoda isə Marina Ovsyannikova niyə bu addımı atdığını əsaslandırır. Xanım barədə araşdırmalara başlanıldıqdan sonra saxlanılıb.

Məlumata görə, Ovsyannikova İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsi ilə Rusiya silahlı qüvvələrini nüfuzdan salmasına görə həbs edilib.

 

Oxşar Xəbərlər