HADİSƏ
Kəlbəcərdə yük maşını aşdı - Sürücü öldü (YENİLƏNİB)
Kəlbəcərdə yol-nəqliyyat hadisəsi nəticəsində ölən sürücünün kimliyi məlum olub.
"Unikal" xəbər verir ki, Kəlbəcərdə yük maşınının dərəyə aşması nəticəsində aldığı xəsarətdən ölən sürücü, 1967-ci il təvəllüdlü Söhrab Süleymanovdur.
Faktla bağlı araşdırma aparılır.
*** 09:05
Kəlbəcərdə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Qılınclı kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan yük avtomobili yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.