ÖZ XƏBƏR

Norveçin ən böyük fondu İsraildəki aktivlərini satır

Norveçin 1,9 trilyon dollarlıq aktivləri ilə dünyanın ən böyük pensiya fondu sayılan Suveren Yığım Fondu (NBIM) Qəzza hadisələri və ictimai təzyiq fonunda İsraildəki aktivlərini satmağa başlayıb. 32gun.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, fond İsrailin 11 şirkətindəki sərmayələrini çıxarıb və İsrail tərəfini təmsil edən bütün xarici idarəçilərlə müqavilələrə xitam verib.

Təşkilatın baş direktoru Nikolay Tanqen bildirib ki, bu addımlar hazırkı spesifik münaqişə vəziyyəti və “ciddi humanitar böhran” nəzərə alınaraq atılıb.

Bu ilin iyun ayının sonuna olan məlumata görə, NBIM-in portfelində İsrailin 61 şirkətinin səhmləri olub. Satışdan əvvəl ölkədəki ümumi aktivlərin həcmi fondun ümumi sərvətinin 0,1 faizini — təxminən 2 milyard dolları təşkil edib.

Bundan əvvəl “Alfa-Kapital”ın maliyyə bazarlarının və makroiqtisadiyyatın təhlili üzrə direktoru Vladimir Braqin bildirmişdi ki, İsrail ilə İran arasındakı gərginlik qızılın qiymətinə də təsir göstərib. Onun sözlərinə görə, həftə ərzində qızılın qiyməti 3,7 faiz bahalaşıb.

Ayaz 

Oxşar Xəbərlər