ÖZ XƏBƏR

“Sehrli xalat” filmindən nadir kadr sosial şəbəkədə gündəm oldu

“Sehrli xalat” filminin nadir kadrı sosial şəbəkədə maraq doğurub

Sosial şəbəkələrdə 1964-cü ildə çəkilmiş “Sehrli xalat” filmindən nadir bir kadr paylaşılıb.

32gun.az xəbər verir ki, foto geniş marağa səbəb olub. Qeyd olunur ki, ekran işinin rejissoru Əlisəttar Atakişiyev olub. Kadra görə, ön planda kameranın qarşısında Əlisəttar Atakişiyev dayanıb, kamera arxasında operator Teyyub Axundov əyləşib, qarşıda əyilən isə görkəmli aktyor Əliağa Ağayevdir.

Filmin çəkilişləri əsasən “Çkalov” parkı adlanan (indiki Milli İncəsənət Muzeyinin aşağısında, Qubernator bağı ilə üzbəüz Niyazi küçəsinə gedən yoldakı bağ), Göyçay rayonu, Maştağa ilə Nardaran arasındakı Ovdanda, Bakıda İçərişəhərdə, Minsk kinostudiyasında, İsmayıllının Cülyan kəndində aparılıb. Ay səhnələri isə Minsk şəhərində lentə alınıb.

Ayaz 

Oxşar Xəbərlər