ÖZ XƏBƏR
Tramp ABŞ-ın Avropadakı hərbi kontingentinin azaldılmasını istisna etmir
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli üçün Amerika hərbi kontingentinin Avropada azaldılması imkanını nəzərdən keçirməyə hazır olduğunu bildirib.
32gun.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Bu məsələ mənim qarşıma qoyulmayıb, mən bunu daha sonra düşünəcəyəm, amma hələlik bu barədə söhbət olmayıb”, – deyə Ağ Evin rəhbəri vurğulayıb.
Xatırladaq ki, iyulun sonunda Politico nəşri ABŞ-ın Avropadakı hərbi qüvvələrinin sayını 30 faiz azaltmaq imkanını nəzərdən keçirdiyini yazmışdı.
Ayaz