ÖZ XƏBƏR
“Arxivdən çıxan görüntü: Heydər Əliyev Xalq artisti Niyaməddin Musayevin musiqisini tərifləyib”
İllər əvvəl çəkilmiş video yenidən gündəm olub. Kadrlar ümummilli lider Heydər Əliyevin Xalq artisti Niyaməddin Musayevlə söhbətindən bəhs edir.
32gun.az xəbər verir ki, Videoda Heydər Əliyev müğənninin “Dünya sənin, dünya mənim” mahnısını yüksək qiymətləndirir:
Nə yazırsan, nə oxuyursan, oxu... “Dünya sənin, dünya mənim” dəyişilməzdir. O, şedevrdir. Sözlər də gözəl sözlərdir. Amma musiqini də sən gözəl yazmısan – deyə ümummilli lider bildirib.
Sosial şəbəkələrdə paylaşılan arxiv görüntüləri qısa zamanda böyük maraq doğurub.
Nilay