Putin Trampla danışıqlar aparmaq üçün Alyaskaya gəlib
Putin və Tramp Aляskada görüşür – əsas mövzu Ukrayna böhranının həlli
Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Alyaska ştatının Ankoric şəhərinə səfər edib və ABŞ Prezidenti Donald Trampla görüş keçirib.
32gun.az xəbər verir ki, bu barədə РИА Новости məlumat yayıb.
Sammit 15 avqust tarixinə planlaşdırılıb və görüş Elmendorf-Richardson birləşdirilmiş hərbi bazasında baş tutub.
Görüş təxminən Moskva vaxtı ilə 22:00-da başlayacaq və əvvəlcə təkbətək danışıqlar nəzərdə tutulub. Bu mərhələdə yalnız iki dövlət başçısı ilə yanaşı onların köməkçiləri və tərcüməçiləri iştirak edəcək. Əsas müzakirə mövzusu isə Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə həlli olacaq.
Rusiya nümayəndə heyətinə Xarici İşlər Naziri Sergey Lavrov, Prezidentin köməkçisi Yuri Uşakov, Müdafiə Naziri Andrey Belousov, Maliyyə Naziri Anton Siluanov, ABŞ-dakı səfir Aleksandr Darçiev və Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriev daxildir.
ABŞ tərəfdən isə sammitdə Dövlət Katibi Marko Rubio, Maliyyə Naziri Skott Bessent, Ticarət Naziri Hovard Latnik, Mərkəzi Kəşfiyyat İdarəsinin Direktoru Con Rətklif, Müdafiə Naziri Pit Hegset və Birləşmiş Qərargah Rəhbərləri Komitəsinin sədri Dən Keyn iştirak edəcək.
Ayaz