ÖZ XƏBƏR
İstanbulda azərbaycanlı qadın evində ölü tapılıb
İstanbulun Esenyurt mahalında yaşayan Azərbaycan vətəndaşı, 58 yaşlı Olqa Aydın evində ölü halda tapılıb.
32gun.az xəbər verir ki, hadisə Namık Kemal məhəlləsində baş verib. Məlumata görə, qonşular evdən gələn üfunət qoxusu səbəbilə polisə müraciət ediblər. Əraziyə gələn polis və təcili yardım əməkdaşları qadının cansız bədənini mənzildə aşkar ediblər. Bildirilir ki, meyit günlərlə evdə qalıb və çürüməyə başlayıb.
Məlumata əsasən, Olqa Aydın xəstə baxıcısı kimi çalışıb və onun alkoqol problemi olduğu iddia edilir. Meyit müayinələrin aparılması üçün Ədli Tibb İnstitutunun morquna göndərilib. Qadının dəqiq ölüm səbəbi aparılacaq otopsidən sonra müəyyən ediləcək.
Hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırmaya başlanılıb.
Aygün