ÖZ XƏBƏR

Bakı Peşə Təhsil Mərkəzində 79 min manatlıq alış-veriş - notebook, videoregistrator, sərt disk, əl mikrofonu, su qızdırıcı və.s

“Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsi “REAL SAFETY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə satınalma müqaviləsi imzalayıb.

32gun.az xəbər verir ki, müqavilənin dəyəri 79.426,98 manat təşkil edir.

Sənədə əsasən, təhsil mərkəzinə müxtəlif növ texniki avadanlıqlar, o cümlədən notebook, daxili və xarici müşahidə kameraları, videoregistrator, sərt disk, əl mikrofonu, su qızdırıcı, monoblok, müxtəlif növ kabellər, qida kabeli və güc mənbəyi təqdim olunacaq.

Ayaz

Oxşar Xəbərlər