ÖZ XƏBƏR
Bakı Slavyan Universiteti 10 manatlıq şirkətlə müqavilə bağlayacaq - yarım milyon manatlıq
Bakı Slavyan Universiteti dayanıqlı inkişafın təmin edilməsi üçün potensialın artırılması xidmətinin satınalmasında “SEFT CONSULTING” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib edib.
32gun.az xəbər verir ki, tərəflər arasında dəyəri 555.780 manatlıq müqavilə bağlamağı planlaşdırır.
Şirkətin qanuni təmsilçisi Mircəlal Ağamirov Mirmehdi oğludur. “SEFT CONSULTING” MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir.
Xatırladaq ki, Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsini Anar Nağıyev müvəqqəti icra edir.
Ayxan