DÜNYA
"Biz artıq başa düşdük ki, NATO-ya üzv olmayacağıq" - Zelenskidən gözlənilməz AÇIQLAMA
Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin NATO-ya üzv ola bilməyəcəyini anladıqlarını etiraf edib.
32gun.az xəbər verir ki, o Londonda baş tutan konfransda online çıxışı zamanı bu fikirləri səsləndirib.
Onun sözlərinə görə, artıq Kiyev NATO-ya üzv olmaq üçün apardığı siyasətdə dəyişiklik edəcək.