ÖZ XƏBƏR
Kağız, kartric, cild... – Abşeron-Xızı Mədəniyyət İdarəsi gündəlik işlərə minlərlə manat ayırdı
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi katriclərin dolumu, sənədlərin cildlənməsi və tikilməsi xidmətinin satın alınması üçün “Naal Elektron Avadanlıqlar Proqram” MMC ilə müqavilə imzalayıb.
32gun.az xəbər verirn ki, müqavbilənin dəyəri 13.524 manatdır.
Qalib şirkət – "Naal Elektron Avadanlıqlar Proqram" MMC – sözügedən xidmətləri təqdim edəcək. Maraqlı məqam ondan ibarətdir ki, bu məbləğ sırf katriclərin dolması və sənədlərin tikilməsi kimi gündəlik, texniki işlər üçün ayrılıb.
Ayaz