ÖZ XƏBƏR
Səhiyyə Nazirliyi tabeliyində avtomobil alınır
Səhiyyə Nazirliyinin “Respublika Sanitarıya-Karantin Mərkəzi” publik hüquqi şəxsi üçün xidməti avtomobil (pikap) satın alacaq..
32gun.az xəbər verir ki, satınalmanın qalibi “Toyota-Bakı Mərkəzi” MMC olub. Bağlabnacaq müqavilənin dəyəri 61 min 200 manat təşkil edir.
Alış predmeti – xidməti istifadə üçün nəzərdə tutulmuş pikap tipli avtomobildir.
Qeyd edək ki, qalib şirkətin nizamnamə kapitalı 200 manat, qanuni təmsilçisi Pərviz Qafarlı Mahmud oğludur.
Ayxan