ÖZ XƏBƏR

"Neftçilər"də su kəsintisi ilə bağlı narazılıq

"Neftçilər" adlanan Bakı ərazisində suyun verilməsində problemlər yaşanır.

32gun.az xəbər verir ki, bu barədə sakin Ruslan Babayev sosial şəbəkədə narazılığını bildirib.

Onun sözlərinə görə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən heç bir rəsmi məlumat verilmədən ərazidə suyun verilişi dayandırılıb:

""Azərsu"  (İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti nəzərdə tutulur- bax:) nə məsələdir? Yenə oralarda nə iş görürsünüz? Rəsmi məlumat da öncədən verib, vətəndaşları xəbərdar etmirsiniz. Hər navastroyka tikiləndə, hər bloka xətt qoşanda kəsirsiniz suyu. Arada ultimatum vermək lazımdır ki, Azərsunun başı qarışıb harasa." – deyə sakin qeyd edib.

Ayaz 

Oxşar Xəbərlər