Bakıda, Nərimanov rayonunda ağac avtomobilin üzərinə aşıb. Hadisə zamanı avtomobilin içərisində heç kim olmayıb və xəsarət alan yoxdur.
32gun.az xəbər verir ki, sözügedən ağac yolun kənarında park edilmiş "BMW" markalı avtomobilin üzərinə düşüb.
Şəhərin mərkəzi küçələrindən birində baş verən hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib.
Ayaz