ÖZ XƏBƏR

Xalq artisti Həmidə Ömərovanın gənclik fotosu sosial şəbəkələrdə maraq doğurdu

Məşhur “Retro” verilişinin aparıcısı, Xalq artisti Həmidə Ömərovanın gənclik fotosu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

32gun.az xəbər verir ki, sözügedən şəkil “Retro” proqramının yayımlandığı illərə təsadüf edir.

Fotoda sənətkarın sadəliyi və gözəlliyi izləyicilərin diqqətini çəkib, yüzlərlə rəy və paylaşım alıb.

Azərbaycan kino və teatr sənətinin görkəmli simalarından olan Həmidə Ömərova uzun illərdir tamaşaçıların sevimlisidir. O, 2005-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb, 2006-cı ildən isə Prezidentin fərdi təqaüdçüsüdür. Həmçinin, dosent elmi rütbəsinə sahibdir və Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvüdür.

Paylaşılan gənclik fotosu sənətkarın illərdir davam edən uğurlu sənət yolunu bir daha xatırladır.

Nilay

Oxşar Xəbərlər