ÖZ XƏBƏR

Mingəçevirdə şəhər mühafizə şöbəsinin təmir layihəsi ləğv edildi

Mingəçevər Şəhər Mühafizə Şöbəsi üçün inzibati binanın cari təmir işlərinin həyata keçirilməsi planlaşdırılırmış.

32gun.az xəbər verir ki, təmirin ehtimal olunan qiyməti 166.377,67 AZN olaraq göstərilmişdi.

Lakin müsabiqə ləğv olunub. Ləğvin səbəbi olaraq, satınalmada iştirak etmək üçün təklifi və tələb olunan təminatı təqdim etmiş, müvafiq lisenziya və ya icazəyə malik təchizatçıların sayının qanunvericilikdə nəzərdə tutulan minimum dörd təchizatçıdan az olması göstərilib. Bu səbəbdən müsabiqənin tamamlanması mümkün olmayıb.

Ayaz

Oxşar Xəbərlər