SOSIAL
Fərhad Əhmədovun atasının adını daşıyan şirkətin və filialının vergi borcu yarandı / Külli miqdarda
Azərbaycan əsilli iş adamı Fərhad Əhmədova məxsus, mərhum atası Teymur Əhmədovun adını daşıyan "AzNar" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) və onun paytaxtdakı filialının böyük məbləğdə vergi borcu yaranıb.
32gun.az-ın məlumatına görə, Göyçay rayonunda qeydiyyatda olan "AzNar" QSC-nin 362 600,09 manat vergi borcu var. Şirkətin qanuni təmsilçisi Bəylər Abbasov Rəşid oğludur.
Bundan əlavə, Bakı şəhəri Xətai rayonunda fəaliyyət göstərən "AzNar" QSC-nin "Grante Trading" filialının da 61 975,97 manat vergi borcu mövcuddur. Filialın qanuni təmsilçisi Mətləb Bağırov Məmmədtağı oğludur.
Ümumilikdə, "AzNar" QSC və onun filialının vergi borcu 424 576,06 manat təşkil edir.
Ayaz