HADİSƏ
Gəncədə evdə uçqun olub, ölən var
Gəncədə ev uçub, usta dağıntılar altında qalaraq ölüb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Avtozavod qəsəbəsində baş verib. Sözügedən ərazidə ev tikintisi zamanı uçqun olub. Nəticədə usta 1985-ci il təvəllüdlü T.Kərimov dağıntılar altında qalaraq ölüb. Məlumata görə, 3 nəfər xilas olub.
Dərhal əraziyə FHN-nin Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib. Əraziyə xilasetmə işləri gedir. Hazırda əraziyə adiyyatı qurumların əməkdaşları da cəlb edilib.