"BORES PROJECT" dövlətin qanununu pozdu - Həm də külli miqdarda borcu + FOTO
"BORES PROJECT" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi qanunvericiliyini pozub.
32gun.az xəbər verir ki, şirkət vergi orqanları tərəfindən riskli vergi ödəyicisi kimi qeyd olunub.
Əldə etdiyimiz digər əsas məlumata görə, şirkətin dövlətə külli miqdarda 409265.05 AZN vergi borcu var.
Hüquqi şəxsin qanuni təmsilçisi İBADƏT ƏHMƏDOV QƏDULLA oğludur, nizamnamə kapitalı isə cəmi 100 manat təşkil edir. Şirkətin hüquqi ünvanı isə BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, BİNƏQƏDİ ŞTQ, 20 YANVAR , ev.1, m.3-dir.
Qeyd edək ki, vergi qanunvericiliyinə əsasən, riskli vergi ödəyiciləri siyahısına daxil edilən şirkətlər müəyyən vergi öhdəliklərini yerinə yetirmədikdə və ya vergi uçotu və hesabatlılıqla bağlı ciddi pozuntulara yol verdikdə bu statusa malik olurlar. Bu status vergi orqanlarının həmin şirkətlərlə bağlı əlavə nəzarət və yoxlamalar aparmasına əsas yaradır.
Nilay