ÖZ XƏBƏR

“REVA TEXTİL EM” MMC-nin 688 min manatlıq vergi borcu üzə çıxdı - FOTO

 “REVA TEXTİL EM” Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə külli miqdarda vergi borcu aşkarlanıb.

32gun.az-ın məlumatına görə, şirkətin dövlət büdcəsinə olan borcu 688.278,1 AZN təşkil edir.

Həmçinin aparılan Operativ vergi nəzarəti (OVN) nəticəsində, vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı və boşaldıldığı yerlərə baxış keçirilməsi barədə tərtib edilmiş AKT-a əsasən şirkətə 2.179,51 manat maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, şirkətin nizamnamə kapitalı cəmi 50 manat, qanuni təmsilçisi isə Namıq Salmanov Nazim oğludur.

Ayaz

Oxşar Xəbərlər