ÖZ XƏBƏR

Psixiatriya Xəstəxanasına təsərrüfat malları alınır - 20 min AZN-ə

2 saylı Klinik Psixiatriya Xəstəxanası təsərrüfat və dəftərxana mallarının satınalınması ilə bağlı müqavilə imzalayıb.

32gun.az xəbər verir ki, satınalma “OFİS-A.M.” MMC ilə həyata keçirilib. Bağlanmış Müqavilənin ümumi məbləği 19 690,07 AZN təşkil edir.

Alınacaq mallara yuyucu toz (avtomat və əl üçün müxtəlif çəkilərdə), təmizləyici vasitələr, zibil vedrələri, lif süpürgə başlığı, işçi əlcəkləri, qalın rezin əlcəklər, pol vedrəsi və fırlanan şvabra, dezinfeksiyaedici maye, saç şampunu, şüşəsilən maye və digər təsərrüfat vasitələri daxildir.

Ayaz

Oxşar Xəbərlər