ÖZ XƏBƏR
"Qüsursuz Nitq Psixologiya Mərkəzi"nə maliyyə sanksiyası tətbiq edildi
“Qüsursuz Nitq Psixologiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə vergi nəzarəti zamanı maliyyə sanksiyası tətbiq olunub.
32gun.az xəbər verir ki, operativ vergi nəzarəti çərçivəsində aparılan yoxlamalar zamanı “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması” faktı müəyyən edilib. Bu səbəbdən şirkətə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, “Qüsursuz Nitq Psixologiya Mərkəzi” MMC Bakı şəhəri, Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsi, ev 1, mənzil 5 ünvanında qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır, qanuni təmsilçisi Esmira Qafarova Şaxir qızıdır.
Ayaz