Sverdlovsk vilayətində Yeniyetmələrin Əbədi məşəl yanında piknik etməsi ilə bağlı məsələ araşdırılır.
32gun.az xəbər verir ki, bu barədə Sverdlovsk vilayəti prokurorluğu bildirib.
İlkin məlumata görə, hadisə 1 sentyabr axşamı Kamensk-Ural şəhərindəki zavod işçilərinə həsr olunmuş memorial kompleksdə baş verib. İki azyaşlı qız burada zefir qızardıb. Onların hərəkətləri Rusiyanın hərbi şərəf rəmzinin təhqiri kimi qiymətləndirilə bilər.
Hazırda prokurorluq hadisənin şəraitini, eləcə də yeniyetmələrin şəxsiyyətini və valideynlərini müəyyənləşdirir. Araşdırmadan sonra onların hərəkətlərinə hüquqi qiymət veriləcək.
"Əsaslar təsdiqlənərsə, prokurorluq tədbirlər görəcək", — qurumdan bildirilib.
Ayaz