ÖZ XƏBƏR

13 gün əvvəl prezidentin şiddətli töhmət verdiyi icra başçısı 155 min manatlıq alış-verişi etdi

Ağdaş Rayon İcra Hakimiyyəti şəhərdə küçələrin asfalt örtüyünün əsaslı təmiri üçün ATF Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə imzalayıb.

32gun.az xəbərə verir ki, tərəflər arasında bağlanmış müqavilənin dəyəri 155.364,53 AZN-dir.

Qalib şirkətin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi AZAD MURADOV ƏZİM OĞLUdur. 

Xatırladaq ki, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Rüfət oğlu Hüseynzadədir.

Avqustun 29-da Prezident İlham Əliyev Ağdaş rayon rəhbərinə işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət verib.

Ayaz

 

Oxşar Xəbərlər