DÜNYA ÖZ XƏBƏR

Çarli Kirkin qatili olduğu iddia edilən şəxs müstəntiqlərlə danışmaqdan imtina edib

ABŞ-da sağçı aktivist Çarli Kirkə qarşı törədilən atəş açma hadisəsi ilə bağlı iddia edilən qatili Tayler Robinson polisə ifadə verməkdən imtina edib.

32gun.az xəbər ki, bu barədə CNN telekanalı məlumat yayıb.

CNN-in iki mənbəsinə istinadən xəbər verilir ki, Tayler Robinson əvvəlcə polis əməkdaşları ilə ünsiyyət qurub, lakin vəkilinin görüşündən sonra davranışını kəskin şəkildə dəyişib.

Hadisə 10 sentyabr tarixində, Utah Vadisi Universitetində 3 min tamaşaçı qarşısında çıxış edən Çarli Kirkə qarşı baş verib. Polis məlumatına görə, atəş qonşu kampusun damından açılıb. Hadisə yerində çəkilən videolarda partlayış səsi eşidilir, Kirk yerə yıxılır və tamaşaçılar qorxu içində qaçırlar. Aktivist kritik vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Çarli Kirk uzun müddət ABŞ prezidenti Donald Trampı dəstəkləyib və Turning Point USA təşkilatına rəhbərlik edib.

İddia edilən qatili həbs etmək üçün polis onun Discord üzərindən qonşusuna yazdığı mesajı izləyib: Robinson gizlətdiyi tüfəngi yenidən yerləşdirməyi planlaşdırırmış. 22 yaşlı şübhəlini atasının polis təcrübəsi sayəsində tutub. Həbs zamanı o, Kirkə atəş açan şəxslə eyni geyimdə imiş.
Ayaz 

Oxşar Xəbərlər