ÖZ XƏBƏR

Aqrar Xidmətlər Agentliyi bu şirkətdən görün nə alır - 30 min manatlıq

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçiləri üçün xüsusi geyim forması və fərqlənmə nişanlarının satın alınmasını həyata keçirir.

32gun.az xəbər verir ki, tenderin qalibiqalibi “Kamaloğlu Tekstil” MMC olub. Bağlanacaq müqavilənin dəyəri 36.930,46 AZN təşkil edir.

Satınalınacaq geyimlər arasında kişilər üçün bel kəməri, nişanlarla birlikdə pencək, uzunqol və qısaqol köynəklər, qış və demisezon gödəkçələr, pulover, çəkmə, yay və qış şalvarları, demisezon ayaqqabı, tufli, qalstuk, qadınlar üçün isə qış yubkası və uzunqol köynək yer alır.

Qalib şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır, qanuni təmsilçisi isə Kəmaləddin Seyfullayev Məhəmməd oğludur.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinə Məcnun Məmmədov, Aqrar Xidmətlər Agentliyinə isə Sərdar Hacıyev rəhbərlik edir. 

Ayaz

Oxşar Xəbərlər